Wi-Fi Təhlükəsizliyi (Abbas Kazımov)
Simsiz Şəbəkə Nədir? Simsiz şəbəkələr, məlumatların ötürülməsi üçün fiziki kabellərdən istifadə etmədən radio dalğaları və infraqırmızı siqnalları vasitə kimi seçən rabitə sistemləridir. Bu texnologiyalar kompüterlər, smartfonlar, planşetlər və IoT cihazlarının bir-biri ilə əlaqəsini təmin edir. Ən çox istifadə edilən standart IEEE 802.11-dir, yəni tanınmış adı ilə Wi-Fi. Bu standart evlərdə, iş yerlərində və ictimai məkanlarda